Azərbaycanlılar apreldə Türkiyədə 76 mənzil alıblar | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanlılar apreldə Türkiyədə 76 mənzil alıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları 2026-cı ilin aprel ayında Türkiyədə 76 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 7-ci xarici ölkə vətəndaşları olublar. 

Banco.az xəbər verir ki, Türkiyədə fevral ayında xaricilərə mənzil satışları 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,1% azalaraq 1 516 ədədə enib.

Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 263 ev (1-ci) alıb. İkinci ən çox mənzili Çin vətəndaşları (110 mənzil), üçüncü isə İran (100 mənzil) vətəndaşları alıblar.

Qeyd edək ki, azərbaycanlılar 2025-ci ildə Türkiyədə ümumilikdə 944, 2024-cü ildə isə 866 mənzil alıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram