Yaxın Şərqdəki münaqişələr səbəbindən Aİ-nin enerji xərcləri 35 milyard avro artıb | Banco.az

Yaxın Şərqdəki münaqişələr səbəbindən Aİ-nin enerji xərcləri 35 milyard avro artıb

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa İttifaqının (Aİ) enerji üzrə komissarı Dan Yorgensen Aİ enerji nazirlərinin qeyri-rəsmi görüşünün sonunda mətbuata açıqlamalar verib.

Banco.az xəbər verir ki, onun sözlərinə görə, Yaxın Şərqdə münaqişə başlayandan bəri enerjiyə normalda olduğundan 35 milyard avro çox pul ödənilib.

Yorgensen Aİ-nin 2022-ci illə müqayisədə daha yaxşı hazırlıqlı olduğunu vurğulayaraq, sistemlərində daha çox bərpa olunan enerjiyə sahib olduqlarını, təchizatçılarını şaxələndirdiklərini və enerji səmərəliliyini artırdıqlarını deyib.

Yorgensen bildirib ki, Aİ hələ də çox kövrək vəziyyətdədir:

"Buna görə də, qlobal bazarlarda qiymətlər artdıqda, hazırda olduğu kimi, biz də ciddi şəkildə təsirlənirik".

O,  fosil yanacaqlardan uzaqlaşmaq səylərinin sürətləndirilməsinin vacibliyini bildirib və hazırda çətinlik çəkən sənaye sahələrini və vətəndaşları dəstəkləmək üçün məqsədyönlü addımların vacibliyini vurğulayıb.