Kapital Bank “Xəzri” tariflərini endirdi | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Kapital Bank “Xəzri” tariflərini endirdi

Kapital Bank “Xəzri” sürətli pulköçürmə sistemi vasitəsilə Azərbaycanla  Ukrayna və Gürcüstan arasında köçürmə tariflərində endirim edib. İndi bu cür köçürmələr üçün 1,5% deyil, cəmi 1% komisyon haqq tutulur. 

Xatırladaq ki, Kapital Bank “Xəzri” sürətli pulköçürmə sistemini 2007-ci ildə yaradıb. “Xəzri”nin üstünlüyü onun əhatə dairəsinin genişliyi (Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstan ərazisində 4000-dən artıq məntəqə), köçürmələrin sadə qaydada və cəmi 10 dəqiqə ərzində rəsmiləşdirilməsidir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 11 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.