Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı | Banco.az

Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı

Mərkəzi Bank cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, baza ssenarisi üzrə may proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.9%, 2027-ci ildə isə 4.5% olacağı gözlənilir:

"İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən xarici mənşəli xərc amillərinin fəallaşmasından irəli gəlir. Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir. Tələb amillərinin fevral proqnozu ilə müqayisədə zəifləməsi təklif amillərinin inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırıb. Ümumilikdə, may proqnozuna görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram