DəmirBank 2013-cü ilin uğurlu nəticələrini elan edib | Banco.az

DəmirBank 2013-cü ilin uğurlu nəticələrini elan edib

25 illik təcrübəyə malik DəmirBank-ın maliyyə göstəricilərinin artımı və fəaliyyətinin inkişafı 2013-cü ilin uğurlu yekunlarını əks etdirib.

Bankın aktivləri il ərzində 5,7% artaraq, 405,2 mln. manat, müştərilərə verilən kreditlər 10,4% artaraq 310 mln. manat, əhalinin müddətli əmanətlərinin həcmi isə 19,4% artaraq 158,1 mln. manat olub. Bankın məcmu kapitalı isə 59,4 mln. manat təşkil edib.

Səhmdarları sırasında Avropa Yenidənqurma və İnkişafı Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) olan DəmirBank, Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” reytinqinə malikdir. 2013-cü ildə isə Planet Rating agentliyinin “stabil” proqnozundan “pozitiv” proqnozlu “B” reytinqinədək yüksəlib. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Bank beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığını davam etdirərək, 2013-cü ildə 42 mln. ABŞ dolları məbləğində vəsaitlərin cəlb edilməsi barədə müqavilələr imzalayıb. Ötən il DəmirBank EBRD və Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə ölkə üzrə ən uzun müddətli, böyük məbləğdə kredit müqaviləsi imzalayıb. DəmirBank Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə fəal əməkdaşlığını davam etdirir.

2013-cü il ərzində DəmirBank-da SAP, filial şəbəkəsinin optimallaşdırılması, xərclər və büdcə ilə bağlı mühüm strateji layihələr həyata keçirilib.

2013-cü ildə Bank kredit fəaliyyətini və kreditlərin çeşidini genişləndirib. İl ərzində müştərilərə “Məktəbli bazarlığı”, “Yay tətili”, “Müəllimlər günü”, “Nar bayramı”, “Xaricdən pul alanlara kredit”, “Ad günü olanlara kredit”, “At Muraddır” və sair kredit kampaniyaları təqdim edilib.

DəmirBank Azərbaycanda ilk dəfə Lider pul köçürməsini banka gəlmədən almaq imkanı verən LeaderCard məhsulunu müştərilərə təqdim edib. Bank plastik kartlar üzrə “5 manata kart”,  “Pulsuz kart”, “UEFA Çempionlar Liqasını canlı izlə”, “Visa Gold və Platinum kartları pul gətirir” və s. aksiyaları həyata keçirib. DəmirBank 2013-cü ildə bankomatlardan və POS terminallardan plastik kartı aktivləşdirmək imkanını da tətbiq edib.

2013-ci ildə DəmirBank Monex pul köçürmə sisteminə qoşulub, “Mobil danışıq kartı hədiyyə”, eləcə də UPT, Monex və Contact köçürmələri üzrə fərdi qaydada aksiyalar keçirib.

Ən sərfəli kredit üçün müraciət et

2013-cü ildə DəmirBank-ın Beyləqan filialı istifadəyə verilib. Müştəri rahatlığı üçün İçəri Şəhər və Xəzər filialları yeni ofislərə köçürülüb. Lənkəran və Beyləqan filiallarında “Açıq qapılar” tədbiri keçirilib. Beləliklə, son 3 ildə 13 filialını yeni ofislərə köçürən DəmirBank, bu filiallarda yeni “Korporativ interyer tərtibat” standartlarını da tətbiq edib. Bank daha bir neçə filialını yeni və rahat ofislərə köçürülməsi işlərini aparır.

Bank üçün prioritet sahələrdən biri müştəri xidməti keyfiyyətinin artırılmasıdır. Bu sahədə filial əməkdaşları üçün müxtəlif treninqlər keçirilib, filiallarda Q-Matic sistemi tətbiq edilib. DəmirBank bankomat, ödəmə terminalları və sayt vasitəsi ilə onlayn kredit ödənişlərinin qəbuluna başlayıb. Mobil telefon və planşetlər üçün DəmirBank applikasiyaları müştərilərin ixtiyarına verilib. Bankda müştərilərin şikayət və təkliflərinin qəbulu məqsədi ilə qəbul saatları təyin edilib.

DəmirBank 2013-cü il ərzində sosial yönümlü fəaliyyəti istiqamətində müxtəlif tədbirlər həyata keçirib – 1 iyun Uşaqların Müdafiəsi Günü, Şəkidə “İpək Yolu” IV Beynəlxalq Musiqi Festivalı, regionlarda nağdsız ödənişlər üzrə maarifləndirici aksiyalar, Mətbuat Günü, Beynəlxalq Əmanətlər Günü, Məzun Günü və sair.

DəmirBank 2013-cü ildə bir sıra mükafat və nominasiyalar alıb – İqtisadi İnkişaf Nazirliyinin “Korporativ İdarəetmə Standartları üzrə liderlik”, “GUAM ölkələrinin ən Yaxşı Bankı” müsabiqəsi çərçivəsində “Yeni məhsulların yaradılması və tətbiqi üzrə” nominasiya, NETTY mükafatının “Korporativ sayt” nominasiyası, İpoteka üzrə İpoteka Fondunun reytinqinə liderlik.

Ölkənin ilk banklarından olan DəmirBank 2014-cü ildə fəaliyyətinin inkişafı istiqamətində işləri davam etdirir. DəmirBank 2013-cü ilin uğurlu yekunları ilə bütün müştərilərini, tərəfdaşlarını, səhmdarlarını və əməkdaşlarını təbrik edir, onlara əməkdaşlıq üçün təşəkkür edir və yeni uğurlar arzulayır.

Ən sərfəli krediti almaq üçün müraciət et