Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycana 26 milyon 437 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyon 129 min dollar və ya 13,5% azalıb.
Ötən ilin birinci rübündə ölkəyə 30 milyon 577 min dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, ilk 3 ayda bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0.66% bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
