Bank of Baku üçün ADA Universitetində II mini MBA proqramı başladı | Banco.az

Bank of Baku üçün ADA Universitetində II mini MBA proqramı başladı

Daima inkişafda olan Bank of Baku əməkdaşlarının peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət ayırır.

Belə ki, Bank of Baku və ADA Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində 2-ci mini MBA proqramına start verilib. Bankın 30-a yaxın rəhbər şəxsinin iştirak etdiyi bu proqram ADA Universitetinin ixtisasartırma proqramı tərəfindən Bank of Baku əməkdaşları üçün xüsusi olaraq təşkil edilib.

Proqramın əsas hədəfi menecment bacarıqlarının təkmilləşdirilməsi, strateji düşünmə, effektiv qərar qəbul etmə, eləcə də müasir liderlik və kommunikasiya vərdişlərinin gücləndirilməsidir.

Ümumilikdə 10 moduldan ibarət olan mini MBA proqramı son illərdə bank sektorunda ilk dəfə Bank of Baku üçün təşkil olunub.

Hazırda 1000-dən çox əməkdaşın çalışdığı Bank of Baku daima insan kapitalını özünün əsas kapitalı olaraq vurğulayır və əməkdaşlarının davamlı inkişafı üçün beynəlxalq standartlara uyğun təhsil imkanları yaratmağa davam edir.