Azərbaycan xaricdən buğda alışını artırıb | Banco.az

Azərbaycan xaricdən buğda alışını artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2026-cı ilin yanvar-mart aylarında 82 milyon 766 min ABŞ dolları dəyərində 371 min 802 ton buğda idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 32,9%, miqdarı isə 29,1% artıb.

2025-ci ilin ilk 3 ayında idxal edilən buğdanın dəyəri 62 milyon 245 min dollar, miqdarı isə 287 min 995 ton olub.

Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 222,6 dollar olub ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən (216,1 dollar) müqayisədə 3% və ya 6,5 dollar çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram