Yanvar-noyabr ayları ərzində könüllü həyat sığortası üzrə ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri tərəfindən 40 mln. 839 min 199 manat sığorta haqqı yığılıb.
Dövlət Sığorta Nəzarəti Xidmətinin verdiyi xəbərə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yığımların təxminən 3 dəfə artımı deməkdir. Belə ki, həmin vaxt bu göstərici 13 mln. 817 min 195 manat təşkil edib.
Həmçinin həmin vaxtda bu sığorta növü üzrə ümumilikdə 2 mln. 386 min 170 manat sığorta ödənişi həyata keçirilib.
Yığımların 35 mln. 686 min 939 manatı, ödənişlərin isə 2 167 905 manatı həyatın yaşam sığortası üzrə olub.
Qeyd edək ki, yanvar-noyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 28 sığorta şirkəti tərəfindən bütün sığorta növləri üzrə ümumilikdə 110 482 986 manat ödəniş həyata keçirilib. Bu müddətdə sığorta şirkətlərinin cəmi yığımları isə 368 879 546 manat təşkil edib.
Yığımların 242 mln. 849 min 024 manatı, ödənişlərin isə 77 mln. 126 min 105 manatı könüllü sığorta növlərinin payına düşüb.
Gün.az