Müəllif:Mehin Qasımova,Banco.az
İran Parlamenti Hörmüz boğazında rüsumların tətbiqi ilə bağlı qanun layihəsini qəbul edib.
Banco.az xəbər verir ki, Fars Xəbər Agentliyinin məlumatına görə, İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Mojtaba Zarii məsələ ilə bağlı məlumat verib.
Zarii bildirib ki, Hörmüz boğazının idarə olunması ilə bağlı qanun layihəsi müvafiq komitə tərəfindən təsdiqlənib. Layihədə aşağıdakı məsələlər əksini tapır:
- Tranzit haqlarının İranın milli valyutası olan rialla tətbiqi və maliyyə tənzimləmələri
- ABŞ və İsrailə tranzit qadağasının qoyulması
- İrana qarşı birtərəfli sanksiyalarda iştirak edən ölkələrin boğazdan keçidinin məhdudlaşdırılması
- İranın suveren hüquqlarının və silahlı qüvvələrinin səlahiyyətlərinin həyata keçirilməsi
- Boğazda və ümumilikdə dəniz nəqliyyatında təhlükəsizliyin təmin edilməsi
- Ətraf mühitin qorunması ilə bağlı tədbirlər
- Omanla hüquqi əməkdaşlığın gücləndirilməsi
Qanun layihəsinin qüvvəyə minməsi üçün əvvəlcə müvafiq komitə, sonra parlament, daha sonra isə Nəzarət Şurası tərəfindən təsdiqlənməli və nəhayət Prezident tərəfindən imzalanmalıdır.
