İqtisadiyyatın gələcəyinin uğurlu olmasının səbəbləri | Banco.az

İqtisadiyyatın gələcəyinin uğurlu olmasının səbəbləri

Hal-hazırda iqtisadiyyat o qədər də pis vəziyyətdə deyil. Maliyyə bazarlarına pozitiv əhval-ruhiyyənin qayıtması üçün bir çox səbəblər mövcuddur.

İlk öncə realist olub mükəmməl iqtisadiyyatın olmadığı fikrini qəbul etmək lazımdır. İnsanlar heç vaxt öz talelərindən məmnun olmurlar. Xoş xəbərlər isə mediani heç vaxt qəna etmir. 2007-ci ilə qədərki xoşbəxt günlər ərzində qeydə alınan hesabatlara diqqət yetirdikdə əksər ekspertlərin korporativ gəlirləri əhatə edən və bazarlarda maliyyə böhranının müşahidə olunacağından xəbər verən məyusedici məlumatların yayımlanmasından şikayət etdiklərini görərik. Sadəcə dərk etmək lazımdır ki, her şey həmişə göründüyü qədər yaxşı və ya göründüyü qədər pis deyildir.

İnvestisiya məsləhətçisi Duq Şort bildirir ki, böyük tənəzzüldən sonra ABŞ iqtisadiyyatının bərpa edilməsi tempi olduqca aşağı olsa da, iqtisadiyyatın başlıca 4 göstəricisi yüksəlməkdə davam edir.

Hal-hazırda iqtisadiyyatın gələcəyinə dair nikbin yanaşmaların meydana gəlməsi üçün bir sıra səbəblər mövcuddur.

1. İqtisadi vəziyyət normaldır.

Yenicə başlayanlar üçün bütün əsas iqtisadi göstəricilər xüsusi qaydalar çərçivəsində tənzimlənir. İpoteka ilə bağlı qanun pozuntularının səviyyəsi hələ də iqtisadi ekspansiyanı üstələyir. Lakin bazar dəyişkənliyi nəzarət altındadır və hər şey anoloji qaydada təşkil edilir.

2. Mənzil tikintisi yenidən davam etdirilir.

Keçən ay ərzində mənzil tikintisində nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunmuşdur. Lakin may ayında ABŞ-da mənzil qiymətləri 12.2% artmış, bu isə son 6 ayın ən yüksək göstəricisi hesab olunmaqla yanaşı, həm də mənzil tikintisinin yenidən davam etdirilməsinin bir əlaməti kimi qarşılanmışdır.

3. İstehsalat əzəmət nümayiş etdirir.

Uzun müddət istifadə olunacaq ABŞ zavodu mallarına istiqamətlənən sifarişlərin sayında iyun ayında artım müşahidə olunmuşdur. Nəticə etibarilə, bu vəziyyət may ayında müəyyən edilmiş 5.2% həcmində gəlirlə müşayiət olunurdu. İyul ayında müşahidə olunan fəliyyət ABŞ-ın zavod sektorunun öz mövcudluğunu daha güclü şəkildə davam etdirəcəyinə işarə edir.

4. Avtomobil sənayesi sürətlə inkişaf edir.

Ford şirkəti Şimali Amerikada rekord həddə gəlir əldə etdiyini açıqlamışdır. İkinci rübdə xalis gəlir bir il əvvəlki dövr ilə müqayisədə 18.5% artaraq, 1.2 milyard dollara çatmışdır. Nəticədə,  şirkət 3000 yeni iş yeri təklif etmək iqtidarında olmuşdur. Geri qalmadığını göstərmək üçün "General Motors" şirkəti də 1.2 milyard dollar həcmində gəlir əldə etdiyini bildirmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Avtomaşınlar və nəqliyyat/ehtiyat hissələri üçün nəzərdə tutulmuş əmlak sektorunda məşğulluq səviyyəsi iyul ayı üçün 818 min nəfərə çatmışdır. Bu göstərici 2008-ci ilin oktrabr ayından sonra həmin sektorda müşahidə olunan ən yüksək göstərici hesab olunur. Son rübdə ABŞ-ın avtomobil sənayesində məşğulluq səviyyəsi 10.8%-dək yüksəlmişdir.

5. ABŞ artıq neft ixracatçısıdır.

ABŞ-da neft hasilatı özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Hal-hazırda burada minlərlə iş yeri yaradılır, enerji ucuzlaşır və etibarlı gələcək yaratmaq imkanı meydana gəlir. İyul ayında neft və qaz hasilatı sektorunda çalışan işçilərin sayı 196400 nəfərə çatmışdır. Bu sahədə ən son yüksək göstərici 25 il bundan əvvəl 1988-ci ilin yanvarında müşahidə olunmuşdur.

6. Avropalı ticarət partnyorları böyük uğurlar qazanır.

İngiltərə iqtisadiyyatında canlanma və bərpa müşahidə olunur. Onun istehlakçı etimadı indeksində sıçrayış müşahidə olunmuşdur. Fransanın iş etimadı indeksində nəzərəçarpacaq dərəcədə artım müşahidə olunmuşdur. İspaniyada işsizlik səviyyəsi 2 il ərzində ilk dəfə aşağı enmişdir.

7. Faiz və inflasiya olduqca aşağı səviyyədədir.

Yenicə yaradılmış şirkətlər maliyyəşmə əldə etmək üçün geniş imkana malik olmur. Nisbətən yavaş inkişaf tempinə malik iqtisadiyyatda maliyyələşməyə tələb olduqca aşağıdır. Lakin pul axtarışında olan şəxslər üçün bu dövr borc almaq üçün ideal bir dövr hesab olunur.

8. Fond bazarı özünün ən yüksək dövrünü yaşayır

Bəlkə də bunun səbəbi nəğd pulları sərf etmək üçün kifayət qədər alternativin olmamasıdır. Fond bazarının artması insanları daha varlı və özlərinə daha inamlı edə bilər. Varlı insanların sayı arta bilər. İstehlakçılar özlərini daha varlı hiss etdikdə, onların məhsul almağa daha həvəsli olduğu fikri məlumdur. Bu həqiqətən də yaxşı göstəricidir.

Bu səbəbdən də pessimist olmamağa çalışın. Hal-hazırda iqtisadiyyatın inkişaf səviyyəsi aşağı olmadığı üçün iqtisadiyyatın gələcəyinə nikbin yanaşmaq vacibdir. 

Banco.az/ Sevinc İbadova

Ən sərfəli krediti almaq üçün müraciət et