DəmirBank “At Muraddır” adlı güzəştli kredit aksiyasına başlayıb | Banco.az

DəmirBank “At Muraddır” adlı güzəştli kredit aksiyasına başlayıb

DəmirBank at ilində anadan olan (1954, 1966, 1978 və 1990-cı illər) müştərilərə istehlak kreditləri üzrə illik faiz dərəcəsində 4% endirim təqdim edir. Aksiya 1 fevral 2014-cü il tarixinədək davam edəcək.

Aksiya müddətində Banka müraciət edən digər müştərilərə isə illik faiz dərəcəsində  2% endirim edilir. Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər. Qeyd edək ki, aksiya ipoteka və avtomobil kreditlərinə şamil edilmir.

DəmirBank müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə və qulluqçularına kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

 

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.