Bank Respublika ötən il 369 milyon manat istehlak krediti verib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bank Respublika ötən il 369 milyon manat istehlak krediti verib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bank Respublika-nın kredit portfeli 31 dekabr 2025-ci il tarixinə 1 milyard 653 milyon 630 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın kredit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 181 milyon 743 min manat və ya 12,3% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 368 milyon 932 min manat, biznes kreditləri portfeli 1 milyard 115 milyon 350 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 169 milyon 348 min manat təşkil edib. 

Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 56 milyon 665 min manat və ya 18,1%, 101 milyon 989 min manat və ya 10,1%, 23 milyon 89 min manat və ya 15,8% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram