Azərbaycanın İndoneziyaya neft satışından qazancı 38%-dək azalıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanın İndoneziyaya neft satışından qazancı 38%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

İndoneziya 2025-ci ildə Azərbaycandan 111 milyon 456 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 67 milyon 7 min dollar və ya 37,5% azdır.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə İndoneziyanın idxal etdiyi neftin həcmi 228 min 989 ton olub. Bu isə illik müqayisədə 81 min 844 ton və ya 26,3% azdır. 

2024-cü ildə İndoneziyanın idxal etdiyi neftin miqdarı 310 min 833 ton, dəyəri isə 178 milyon 463 dollar təşkil edirdi. 

Qeyd edək ki, 2025-ci ildə İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. İkinci yerdə Çexiya, üçüncü isə Xorvatiya olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram