Nazirliyin avtomobilləri satışa çıxarılır – Hərrac | Banco.az

Nazirliyin avtomobilləri satışa çıxarılır – Hərrac

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 17 fevral 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan 10 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Nəqliyyat vasitələrinin markaları "Chevrolet Niva 2123"dür.

Qeyd edək ki, avtomobillərin buraxılış ili 2007, start qiyməti isə 2 100 manatdan 2 450 manata qədərdir. 

Avtomobillər haqqında daha ətraflı məlumat:

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram