Ötən ay qeyri-neft sektorunun ixracında xurma birinci yeri tutub | Banco.az

Ötən ay qeyri-neft sektorunun ixracında xurma birinci yeri tutub

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 107.7 mln. ABŞ dolları dəyərində xurma ixrac edib. Bu, illik müqayisədə 21.2 milyon dollar və ya 24.5% çoxdur. 

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2024-cü ilin yanvar-noyabr aylarında xurma ixracının ümumi dəyəri 86.5 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin noyabr ayı ərzində ixrac edilmiş xurmanın dəyəri isə 40.9 milyon dollar təşkil edib ki, bu da illik 7.3 milyon dollar və ya 21.7% artım deməkdir. Noyabrda qeyri-neft sektoru üzrə ən çox ixrac gəliri xurmadan əldə edilib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram