AMB “AtaSığorta”ya satışları dayandırmaqla bağlı göstəriş verib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

AMB “AtaSığorta”ya satışları dayandırmaqla bağlı göstəriş verib

“AtaSığorta” şirkətinin sığorta satışları dayandırılır.

Bu barədə Mərkəzi Bankdan (AMB) bildirilib.

Məlumata görə, Azərbaycan Mərkəzi Bankı “AtaSığorta” ASC-nin maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə şirkətə icrası məcburi olan göstəriş verilib.

Göstərişə əsasən “AtaSığorta” ASC-ə yeni öhdəliklərin qəbul edilməsinin, öhdəlik yaradan müqavilələrin bağlanmasının və xərc yaradan əməliyyatların aparılmasının dayandırılması tapşırılıb.

APA