Azərbaycanın təbii qaz ixracından qazancı 7%-dək artıb | Banco.az

Azərbaycanın təbii qaz ixracından qazancı 7%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında ölkədən 22 milyard 804 milyon 184 min kubmetr təbii qaz ixrac edilib.

Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 8 milyard 117 milyon 485 min ABŞ dolları olub.

Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 3,1% azalıb, dəyər baxımından isə 6,7% artıb. 

Qeyd edək ki, bu ilin ilk 11 ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,69% olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram