Almaniya “Airbus”dan 20 hərbi helikopter alacaq | Banco.az

Almaniya “Airbus”dan 20 hərbi helikopter alacaq

Müəllif:Mehin Qasımova,Banco.az

Almaniya Silahlı Qüvvələrinin müdafiə qabiliyyətini artırmaq məqsədilə "Airbus" şirkətindən əlavə 20 ədəd H145M yüngül hücum helikopteri sifariş etdiyi bildirilib.

Banco.az xəbər verir ki, "Airbus" şirkətinin açıqlamasına görə, 2023-cü ildə Almaniya ilə 82 ədəd H145M helikopterinin tədarükünü nəzərdə tutan çərçivə müqaviləsi imzalanıb.

Əvvəlki sifarişlər 62 ədəd helikopter üçün həyata keçirilib.

Almaniya bu müqavilədəki seçim imkanından istifadə edərək sifarişi 20 ədəd artırıb və ümumi sifariş miqdarını 82 ədədə çatdırıb. Helikopterlərin 72-si quru qoşunlarına, 10-u isə hava qüvvələrinin xüsusi təyinatlı bölmələrinə təhvil veriləcək.