Azərbaycanın bu ilin yanvar-sentyabr aylarında Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 105,2 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika Xidməti xəbər verir.
2024-cü ilin müvafiq dövründə Azərbaycanın Gürcüstana investisiyaları 55,2 milyon ABŞ dolları təşkil edib. Beləliklə, Azərbaycan 2025-ci ilin 9 ayı ərzində Gürcüstan iqtisadiyyatına investisiyalarını 1,9 dəfə artırıb.
Eyni zamanda, üçüncü rübdə Azərbaycandan Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 56,7 milyon ABŞ dolları (2024-cü ilin iyul-sentyabr ayları ilə müqayisədə 2,6 dəfə çox) təşkil edib.
Qurumun məlumatına görə, hesabat dövründə Azərbaycan 8,3 % payla Gürcüstan iqtisadiyyatına sərmayə yatıran dördüncü investor olub.
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyalar ümumilikdə 1 milyard 296,9 milyon ABŞ dolları təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın Gürcüstana birbaşa investisiyaları 83,9 milyon ABŞ dolları təşkil edib.
report
