Azərbaycana 121 milyon dollarlıq kakao idxal edilib | Banco.az

Azərbaycana 121 milyon dollarlıq kakao idxal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 121 milyon 25 min dollar dəyərində kakao və kakao məhsulları idxal edib. 

Banco.az bu barədə Dövlət Gömrük Komistəsinə istinadən xəbər verir.

Kakao idxalı 2024-cü ilin 10 ayı ilə müqayisədə 15 milyon 512 min dollar və ya 14,7% artıb. 

Hesabat dövründə kakao idxalının ölkənin ümumi idxalında payı 0,63% təşkil edib. 

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəmizə 105 milyon 513 min dollar dəyərində kakao idxal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram