Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə Mərkəzi Bankı (TCMB) ilin son iclasında faiz dərəcələrini endirməyə davam edib.
Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 38%-ə endirib.
Bloomberg HT sorğusunda iştirak edən iqtisadçıların proqnozu da faiz dərəcəsinin 150 baza bəndi azaldılaraq 38%-ə endiriləcəyi istiqamətində idi.
Qurum həmçinin Mərkəzi Bankanın gecəlik borcvermə faizini 42,5%-dən 41%-ə, gecəlik borclanma faizini isə 38%-dən 36,5%-ə endirib.
TCMB-nin qərar mətnində bildirilib ki, noyabr ayında istehlakçı inflyasiyası qida qiymətlərindəki inkişaflar səbəbindən gözləniləndən aşağı səviyyədə reallaşıb; inflyasiyanın əsas meylinin isə sentyabr ayında baş verən artımdan sonra oktyabr və noyabr aylarında bir qədər zəiflədiyi qeyd olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!
