Unibank
Partnyorlar ilə iş üzrə Mütəxəsis / Aparıcı Mütəxəsis
Namizədlər üçün tələblər:
Təsvir
- Yeni taksit və cashback partnyorlarının cəlb edilməsi üzrə işlərin həyata keçirilməsi;
- Mövcud taksit partnyorları ilə kampaniya və marketinq kommunikasiyalarının təşkili;
- Keçirilən kampaniyaların effektivliyinin analizi və nəticələrə uyğun təkliflərin hazırlanması;
- Bazar araşdırmalarının aparılması və potensial partnyorların müəyyən edilməsi;
- Daxil olmuş partnyorluq sorğularının emalı;
- Partnyorların aylıq və həftəlik dövriyyə və gəlir göstəriciləri üzrə hesabatların hazırlanması və analitik təhlilinin aparılması;
- Premium partnyorlarla görüşlərin təşkili və imtiyaz paketlərinin razılaşdırılması prosesinin idarə edilməsi;
- Cari və yeni partnyorlarla əməkdaşlığa uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
- Taksit, cashback və premium imtiyazlar üzrə müştəri təcrübələrinin təhlili və üzləşilən çətinliklərin aradan qaldırılması istiqamətində işlərin görülməsi.
Tələblər
- Ali təhsil;
- Dəqiq və anlaşılan şəkildə ünsiyyət qurmaq bacarığı;
- Yüksək analitik düşüncə və məlumatlarla işləmə bacarığı;
- MS Office proqramlarından, xüsusilə Excel-dən sərbəst istifadə bacarığı;
- SQL (Oracle) üzrə fundamental və praktiki biliklər;
- Komanda ilə effektiv işləmək bacarığı;
- Məsuliyyətlilik, nəticəyönümlülük və operativlik;
- Partnyorlarla görüşlər üçün səyyar fəaliyyət göstərə bilmə imkanı;
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, ingilis dili biliyi üstünlükdür.
Müraciət üçün daxil olun
