Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il noyabr ayının 1-i tarixinə 15 milyard 623.4 milyon manat təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 0.5% çoxdur.
Hesabata görə, cəmi biznes kreditləri portfelinin 447.4 mln. manatı və ya 2.9%-i qeyri-işlək kreditlər olub.
Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 8 mlrd. 285.5 mln. manatı iri sahibkarlığa, 2 mlrd. 266.1 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 629.4 mln. manatı kiçik sahibkarlığa, 3 mlrd. 442.4 mln. manatı isə mikro sahibkarlığa verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
