Müəllif:Mehin Qasımova,Banco.az
Elan edilmiş və ya təsdiqlənmiş ixtisarları izləyən “Challenger, Gray & Christmas” konsaltinq şirkəti noyabr ayı üçün hesabatını açıqlayıb.
Banco.az xəbər verir ki, hesabata görə, ABŞ-da fəaliyyət göstərən işəgötürənlər tərəfindən elan edilən ixtisarların sayı noyabr ayında illik müqayisədə 24 faiz artaraq 71 321 nəfərə çatıb.
İşdən çıxarılanlar əvvəlki ayla müqayisədə 53 faiz azalıb. İlin ilk 11 ayında ixtisar edilənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 54 faiz artaraq ümumilikdə 1 milyon 170 min 821 nəfərə çatıb.
Bu dövrdə ixtisarlar 2020-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Noyabr ayı etibarilə ABŞ-da işə götürməyi planlaşdıran işçilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalaraq 497 151 nəfər olub.
