Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin 31 oktyabr tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 500, şöbələrinin sayı 87, ATM-lərin sayı 3,430 olub. Bu da illik müqayisədə müvafiq olaraq 19 vahid çox və 1 vahid az, 250 vahid çoxdur.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat ayında bank sektorunda çalışanların sayı 0.2% və ya 49 nəfər artaraq 26,921 nəfər təşkil edib.
2024-cü ilin noyabr ayının əvvəlində bank işçilərinin sayı 25 min 66 nəfər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
