Rusiyanın neft və qaz gəlirləri 34 faiz azalıb | Banco.az

Rusiyanın neft və qaz gəlirləri 34 faiz azalıb

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiya Maliyyə Nazirliyi noyabrda neft və qaz gəlirlərinin ötən ilin eyni ayı ilə müqayisədə 33,8 faiz azalaraq 531 milyard rubla (təxminən 6,9 milyard dollar) düşdüyünü bildirib.

Banco.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyindən verilən açıqlamada, neft və təbii qaz gəlirlərinin yanvar-noyabr dövründə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz azalaraq 8,029 trilyon rubla gerilədiyi bildirilib.

Noyabr ayında əvvəlki ayla müqayisədə gəlirlərin 40,2% azalması da diqqət çəkir. Analitiklər bu azalmanın əsas səbəbi kimi enerji şirkətlərinin vergi öhdəliklərinin artmasını göstəriblər.

Qərb ölkələri Rusiyanın neft və təbii qaz sektoruna qarşı hərtərəfli sanksiyalar tətbiq edərkən, Rusiya müxtəlif regionlarda, xüsusilə Asiyada enerji ixracı üçün alternativ bazarlarda payını artırmağa çalşır.