Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Gürcüstana qeyri-neft məhsullarının ixracı illik müqayisədə 39 milyon 578 min dollar və ya 16,9% artıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Gürcüstana qeyri-neft ixracının dəyəri 273 milyon 567 min dollar təşkil edib.
2024-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 233 milyon 989 min dollar olub.
Qeyd edək ki, ilk 10 ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 2 milyard 987 milyon 815 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
