Bu ilin 9 ayında ölkədə 8 mindən çox iş yeri bağlanıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bu ilin 9 ayında ölkədə 8 mindən çox iş yeri bağlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin doqquz ayı ərzində ölkədə 77,7 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 75,9 faizi Bakı şəhərinin payına düşüb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayında yeni açılmış iş yerlərinin sayı 8.1 min və ya 11.6% artıb.

Qeyd edək ki, 2025-ci ilin doqquz ayı ərzində ölkədə 8,2 min iş yeri bağlanıb. Bu da illik müqayisədə 1.3 min və ya 13.7% azdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram