Bankların xarici öhdəlikləri 374 mln. manatdan çox artıb | Banco.az

Bankların xarici öhdəlikləri 374 mln. manatdan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin noyabrın 1-i tarixinə 2 milyard 959.6 milyon manat olub.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 374.2 mln. manat artıb. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.

Qeyd edək ki, sektorun xarici öhdəlikləri illik müqayisədə isə 324.8 milyon manat və ya 12,3% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram