Müəllif:Mehin Qasımova,Banco.az
Almaniyanın “RTL” yayım şirkəti struktur və iqtisadi çətinliklər fonunda Almaniyadakı mövqeyini gücləndirmək məqsədilə restrukturizasiya planlarını açıqlayıb.
Banco.az xəbər verir ki, şirkət bildirir ki, bu çərçivədə Almaniyada tam ştatlı 600 işçinin ixtisar edilməsi planlaşdırılır.
Şirkət açıqlayıb ki, ixtisarlar mümkün qədər sosial məsuliyyət prinsipləri çərçivəsində, xüsusi təzminat proqramı və erkən pensiya tənzimləmələri ilə həyata keçiriləcək.
Şirkət “Bertelsmann çətir”i altında yenidən qurulmasının əsas səbəbləri kimi zəif iqtisadiyyat, reklam gəlirlərinin azalması və media sektorundakı struktur dəyişikliklərini göstərib.
