Fed bankların kommersiya daşınmaz əmlak risklərini araşdırıb | Banco.az

Fed bankların kommersiya daşınmaz əmlak risklərini araşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fed dekabr ayına dair Nəzarət və Tənzimləmə Hesabatını yayımlayıb.

Banco.az xəbər verir ki, hesabatda ABŞ bankçılıq sisteminin güclü mənfəətlilik və sağlam kredit artımını davam etdirdiyi, eyni zamanda möhkəm kapital və likvidlik səviyyələrini qoruduğu bildirilib. ABŞ banklarının böyüyən iqtisadiyyatı dəstəkləməyə davam etmək üçün yaxşı mövqedə olduğu qeyd olunub.

Fed nəzarətçilərinin icma və regional bankların maliyyə vəziyyətini və onların qarşılaşdığı əsas riskləri izləməyə fokuslandığı açıqlanıb. Bu banklarda maliyyə şəraitinin ümumilikdə sabit olduğu, lakin bəzi bankların kredit zərər ehtiyatlarını artırdığı və əməliyyat xərclərinin artmasının gəlirlərə təzyiqi gücləndirdiyi qeyd edilib.

Hesabatda əksər icma və regional banklarda gecikmiş və kateqoriyalaşdırılmış kredit səviyyələrinin son 10 ilin orta göstəricilərindən aşağı olduğu bildirilib. Bununla yanaşı, kommersiya daşınmaz əmlak kreditləri və istehlakçı kreditlərində gecikmələrin son 10 ilin orta səviyyəsindən yüksək olduğu vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram