Neftin qiyməti cümə axşamı günü mülayim artımdan sonra cümə günü səhər bahalaşır.
Banco.az xəbər verir ki, Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,24 dollar (0,38%) artaraq 63,58 dollar/barel təşkil edib.
Cümə axşamı günü bu müqavilələr 0,21 dollar (0,2%) artaraq 63,34 dollar/barel olub. Yanvar müqavilələrinin müddəti cümə günü ticarətin bağlanışında başa çatır. Daha aktiv şəkildə satılan fevral fyuçersləri 0,22 dollar (0,35%) artaraq 63,09 dollar/barel təşkil edib.
Nyu-York Ticarət Birjasında (NYMEX) elektron ticarət texniki nasazlığa görə dayandırılıb. Əldə olan son məlumatlara görə WTI markalı neftin yanvar müqavilələri bir barel üçün 59,08 dollara satılırdı. Cümə axşamı NYMEX-də əsas ticarət ABŞ-da tətil səbəbiylə dayandırıldı. Çərşənbə günü bu fyuçerslər bir barel üçün 58,65 dollar səviyyəsində bağlanıb.
Brent və WTI fyuçersləri ardıcıl dördüncü ayda ucuzlaşa bilər. Həddindən artıq təkliflə bağlı narahatlıqlar son aylarda bazara təzyiq göstərir.
Bu arada ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcəsini aşağı salacağı gözləntiləri neft qiymətlərinə müəyyən dəstək verir. Monetar yumşalma adətən iqtisadi artımı və enerji tələbini artırır.
İnvestorlar Rusiya-Ukrayna münaqişəsinin həlli səylərini izləməyə davam edir və həmçinin OPEC+ nazirlərinin bazar günü baş tutacaq növbəti görüşünü gözləyirlər.
