Bu ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların filiallarının sayı 500-ə çatıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
Bank filiallarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19 ədəd, yəni 4% artıb. Ötən ilin sonuna nəzərən artım 15 ədəd, yəni 3,1%, aylıq müqayisədə isə 1 ədəd, yəni 0,2% yüksəlib.
Xatırladaq ki, bank filiallarının sayı bu ilin oktyabrın 1-nə 499, ötən ilin sonunda 485, 2024-cü ilin noyabrın 1-nə isə 481 təşkil edib.
