Senat mübahisəli pensiya islahatının dayandırılması ilə bağlı qanun layihəsini rədd edib | Banco.az

Senat mübahisəli pensiya islahatının dayandırılması ilə bağlı qanun layihəsini rədd edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransa Senatında sosial təminat büdcəsi çərçivəsinə daxil olan pensiya islahatının dayandırılmasına dair qanun layihəsi müzakirə edilib.

Banco.az xəbər verir ki, Senatda keçirilən səsvermədə layihə 108 əleyhinə qarşı 190 səslə rədd edilib.

Əksəriyyəti radikal sağdan ibarət olan Senat beləliklə, Sebastyen Lekornu hökumətinin sosialistlərə verdiyi güzəşt kimi qiymətləndirdikləri pensiya islahatının dayandırılması qərarına qarşı çıxıb.

Qanun layihəsi yekun səsvermə üçün yenidən Milli Məclisə göndəriləcək və orada qəbul ediləcəyi gözlənilir.

Milli Məclisdə 12 noyabrda keçirilən ilk səsvermədə pensiya yaşını 62-dən 64-ə qaldıran mübahisəli pensiya islahatının 2028-ci ilin yanvarına qədər dayandırılmasına dair təklif 146-ya qarşı 255 səslə qəbul edilmişdi.

Baş nazir Lekornu 14 oktyabrda Prezident Emmanuel Makronun tapşırığı ilə mübahisəli pensiya islahatının dayandırılması üçün parlamentə təklif təqdim edəcəklərini bildirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram