ECB maliyyə sabitliyi riskləri barədə xəbərdarlıq edir | Banco.az

ECB maliyyə sabitliyi riskləri barədə xəbərdarlıq edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ECB maliyyə sabitliyi riskləri barədə xəbərdarlıq edir.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) çərşənbə günü dərc olunan və iki ildə bir hazırlanan Maliyyə Sabitliyi Araşdırmasında belə bir fikir səsləndirib: “Bazar həssaslığı pisləşən iqtisadi artım gözləntiləri və ya süni intellektin mənimsənilməsi ilə bağlı məyusedici xəbərlər səbəbilə qəfil dəyişə bilər.”

Bundan əlavə, bəzi inkişaf etmiş iqtisadiyyatlarda yüksək dövlət borcu ilə bağlı narahatlıqların qlobal istiqraz bazarlarını çətin vəziyyətə sala biləcəyi, bunun da beynəlxalq kapital axınlarını dəyişdirə və valyutaları sarsıda biləcəyi barədə xəbərdarlıq edilib.

Hesabatda qeyd olunub ki, “Daimi yüksək dəyərləndirmələr və artan səhm bazarı konsentrasiyası” qiymətlərin qəfil tənzimlənməsi ehtimalını artırır. Həmçinin bildirilib ki, “Açıq-uclu investisiya fondlarında likvidlik uyğunsuzluqları, hedc fondlardakı yüksək leverec səviyyələri və özəl bazarlarda şəffaflıq çatışmazlığı, bazar stresini gücləndirə bilər.”

Hesabatda son dövrdə risk algılarının “Fransadakı maliyyə əsaslarının pisləşən dinamikasına” fokuslandığı vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram