Azərbaycanın elektrikli avtomobil idxalı azalır - 10 ayda 1 732 avtomobil | Banco.az

Azərbaycanın elektrikli avtomobil idxalı azalır - 10 ayda 1 732 avtomobil

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-oktyabr aylarında 1 732 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bu ilin 10 ayında ölkənin elektromobil idxalının dəyəri isə 52 milyon 82 min dollar olub. 2025-ci ilin yanvar-oktyabr aylarında elektromobil idxalı 2024-cü ilin eyni ayları müqayisədə miqdar baxımından 860 ədəd, dəyər ifadəsində isə 52 milyon 155 min dollar və ya 50% azalıb.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 2 592 ədəd, dəyəri 104,2 milyon dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram