Tramp Çinə səfər edəcək | Banco.az

Tramp Çinə səfər edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə telefon danışığının “çox məhsuldar” keçdiyini bildirib.

Banco.az xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, söhbət zamanı Ukrayna–Rusiya münaqişəsi, fentanil probleminə dair əməkdaşlıq, soya və digər kənd təsərrüfatı məhsulları da daxil olmaqla geniş spektrdə mövzular müzakirə olunub. Onun sözlərinə görə, Çinlə əlaqələrimiz son dərəcə güclüdür.

ABŞ prezidenti üç həftə əvvəl Cənubi Koreyada Çin prezidenti  ilə təkbətək görüşünü xatırladaraq qeyd edib ki, tərəflər indi diqqəti daha geniş strateji məsələlərə yönəldə bilərlər.

Tramp əlavə edib ki, Si Cinpin onu apreldə Pekinə rəsmi səfərə dəvət edib və o, bu dəvəti qəbul edib. Bunun qarşılığında Tramp da Çin liderini yaxın aylarda ABŞ-a dövlət səfəri üçün qonaq olmağa dəvət edib.

Onun sözlərinə görə, hər iki tərəf bundan sonra da sıx şəkildə əlaqə saxlayacaq.