Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 42 milyon 690 min dollar dəyərində 45 min 558 ton düyü idxal edilib.
Banco.az bu barədə Dövlət Gömrük Komistəsinə istinadən xəbər verir.
Düyü idxalı 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə dəyər baxımından 15 milyon 450 min və ya 26,6%, miqdar ifadəsində isə 18,6% 10 min 403 ton azalıb.
Cari ilin yanvar-oktyabr aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,22%-ni təşkil edib.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəmizə 58 milyon 140 min dollar dəyərində 55 min 961 ton düyü idxal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
