Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin Xalq Bankı noyabr ayında əsas kredit faizlərini dəyişməz saxlayıb.
Banco.az xəbər verir ki, Çində göstərici faiz funksiyasını yerinə yetirən 1 və 5 illik kredit faiz dərəcələrində (LPR) dəyişiklik edilməyib.
Milli Bankalararası Fond Mərkəzi 1 illik kredit faiz dərəcəsinin 3 faizdə, 5 illik kredit faiz dərəcəsinin isə 3,5 faizdə sabit saxlanıldığını bildirib.
Çindəki 18 bankın Çin Mərkəzi Bankının (PBoC) borclanma faizi üzərinə əlavə etdiyi mənfəət marjasına əsasən müəyyən olunan LPR, 2019-cu ildən bəri ölkənin əsas göstərici faizi funksiyasını daşıyır.
1 illik kredit faiz dərəcəsi korporativ kreditlər, 5 illik faiz dərəcəsi isə ipoteka kreditləri üçün istinad göstəricisi hesab olunur.
Kredit faiz dərəcələrinə ən son 2025-ci ilin may ayında hər biri 10 baza bəndi olmaqla endirim edilmiş, 1 illik kredit faiz dərəcəsi 3,1 faizdən 3 faizə, 5 illik kredit faiz dərəcəsi isə 3,6 faizdən 3,5 faizə endirilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
