Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcə daxilolmaları 10 %-ə yaxın artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcə daxilolmaları 10 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 118,8 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 9,8 % çoxdur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir.

Məlumata görə, hesabat dövründə 1 il əvvələ nisbətən 7 % çox - 46 özəlləşdirmə hərracı keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi (16,7 % çox), 4 kiçik dövlət müəssisəsi (33,3 % az), 1 yarımçıq tikili sahəsi (ötən ilin eyni dövründə olmayıb) və 929 nəqliyyat vasitəsi (76,95 % çox) özəlləşdirilib.