Ərdoğan: Adambaşına düşən milli gəlir 17 min dollara çatıb | Banco.az

Ərdoğan: Adambaşına düşən milli gəlir 17 min dollara çatıb

Müəllif:Mehin Qasımova,Banco.az

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Türkiyə iqtisadiyyatının güclənməyə davam etdiyini bildirib.

Banco.az xəbər verir ki, o, adambaşına milli gəlirin 17 min dollara yüksəldiyini, 2025-ci ilin oktyabrı etibarilə ixracın 270,2 milyard dollarla tarixinin ən yüksək səviyyəsinə çatdığını açıqlayıb.

Xidmət ixracının isə 121,6 milyard dollara yüksəldiyi qeyd edilib.

Ərdoğan əlavə edib ki, 2025-ci ildə ölkədə 1 milyon 103 min qida təhlükəsizliyi yoxlaması aparılıb, qaydalara əməl etməyən 25 min 750 müəssisəyə 2,2 milyard lirə cərimə kəsilib.

Ədalətsiz ticarət və süni qiymət artımı ilə mübarizə çərçivəsində ümumilikdə 470 min şirkətə 2,4 milyard lirə, 196 şirkətə isə 11,5 milyard lirə cərimə tətbiq olunub.

Prezident müdafiə sənayesində xarici asılılığın əhəmiyyətli dərəcədə azaldığını vurğulayıb və zəlzələ bölgəsində ilin sonuna qədər Adıyamanda 43 min 573 yaşayış və iş yerinin təhvil veriləcəyini bildirib.