Azərbaycan Xorvatiyaya neft ixracından 635 mln. dollara yaxın gəlir əldə edib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan Xorvatiyaya neft ixracından 635 mln. dollara yaxın gəlir əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında Xorvatiyaya 634 milyon 648 min dollar dəyərində 1 milyon 187 min 551 ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 207 milyon 991 min dollar və ya 24,7% azalıb.

Xorvatiyaya neft ixracının həcmi isə ötən ilin yanvar-oktyabr aylarına nisbətdə 13,6% azalıb. Hesabat dövründə Xorvatiya Azərbaycanın üçüncü ən böyük neft idxalçısı olub.

Qeyd edək ki, ötən ilin 10 ayında idxal edilən neftin dəyəri 842 milyon 638 min dollar, miqdarı isə 1 milyon 374 min 573 ton olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram