Neftin qiyməti ötən həftənin sonundakı kəskin artımdan sonra bazar ertəsi səhər ucuzlaşır.
Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti 0,60 dollar (0,93%) ucuzlaşaraq 63,79 dollar/barelə bərabər olub. Ötən cümə günü müqavilə 1,38 dollar (2,19%) artaraq 64,39 dollar/barel olub.
Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı xam neftin dekabr fyuçersləri 0,61 dollar (1,02%) ucuzlaşaraq 59,48 dollar/barelə bərabər olub. Əvvəlki sessiyada bu kontraktlar 1,40 dollar (2,39%) artaraq 60,09 dollar/barel olub.
