2023-cü ildə Azərbaycanda mikro, kiçik və orta müəssisələrin (MSME – micro, small and medium-sized enterprises) ölkə üzrə ümumi daxili məhsulda (ÜDM) payı 18 faiz təşkil edib.
Bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatında bildirilib.
Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda KOB-ların iqtisadiyyata töhfəsi 2023-cü ildə orta hesabla 41,9 faiz, 2024-cü ildə isə 46 faiz olub.
ADB-nin təhlilinə görə, Azərbaycan 2023-cü ildə KOB istehsalında 17 faiz artım göstəricisi ilə Cənubi Qafqazda ən yüksək artım templərindən birini nümayiş etdirib. Bu, ölkədə iqtisadi şaxələndirmə siyasətinin və sahibkarlığa dəstək tədbirlərinin nəticəsi kimi qiymətləndirilir.
ADB bildirib ki, 2020–2024-cü illər ərzində Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində KOB-ların milli iqtisadiyyatda payı ardıcıl şəkildə artıb. Bu artım region ölkələrinin özəl sektorun inkişafına, maliyyə əlçatanlığının yaxşılaşdırılmasına və sahibkarlığın stimullaşdırılmasına yönəlmiş siyasətləri ilə izah olunur.
apa
