Müəllif: Gülnar Əhmədli, Banco.az
Samsung Electronics şirkəti çoxdan gözlənilən insanabənzər robotların hazırlanmasını layihəsini rəsmən təsdiqləyib. Şirkət bu robotlardan istehsal xətlərində və logistika proseslərində istifadə etməyə hazırlaşır.
Banco.az xəbər verir ki, Samsung bu robotlardan smartfonların yığılması, yarımkeçiricilərin istehsalı və logistika kimi kritik proseslərdə istifadə etməyi planlaşdırır.
Bu addım istehsal xəttinin səmərəliliyini artıracaq və Samsung-a gələcək nəsil texnologiyalarını birbaşa öz əməliyyat mühitində sınaqdan keçirməyə imkan verəcək.
Cənubi Koreyanın Goyang şəhərində keçirilən Beynəlxalq Robot Texnologiyaları Simpoziumunda mövzu ilə bağlı çıxış edən Gələcək Robotların İnkişafı Qrupunun rəhbəri Oh Jun-ho insanabənzər robot bazarının hələ başlanğıc mərhələsində olduğunu lakin sənayedə bu cür həllərə ehtiyacın durmadan artdığını bildirib. Jun-ho vurğulayıb ki, Samsung-un həm texnologiya istehsalçısı, həm də bu robotların istifadəçisi kimi rolu şirkətə bu sahədə əhəmiyyətli üstünlük verir. İnsanabənzər robotların fabriklərə yaxın zamanda gəlməsinə işarə edən bu inkişaflar Samsung-un layihəyə ciddi yanaşmasını nümayiş etdirir.
Şirkət insanabənzər robotların əsas komponentlərini, o cümlədən mühərrikləri, robot qollarını və proqram sistemlərini öz daxilində inkişaf etdirir.
Həmçinin, Samsung-un robototexnika sektorunun aparıcı şirkəti olan NVIDIA ilə əməkdaşlıq etdiyi açıqlayıb. Samsung Electronics-in tezliklə insanabənzər robot prototipini təqdim edəcəyi gözlənilir. Bu məlumat layihənin inkişafında qabaqcıl mərhələyə keçdiyini və şirkətin konkret nəticələr əldə etməyə yaxın olduğunu göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!
