Müəllif: Gülnar Əhmədli, Banco.az
Bazar araşdırması şirkəti Statcounter 2025-ci ilin noyabr ayı üçün qlobal miqyasda ən çox istifadə edilən generativ süni intellekt alətləri haqqında məlumatları açıqlayıb.
Banco.az xəbər verir ki, nəticələr göstərib ki, OpenAI tərəfindən hazırlanmış ChatGPT dünya bazarında lider mövqeyə malikdir.
Qlobal araşdırmaya görə, ChatGPT 81,35 faiz böyük bazar payı ilə birinci yerdədir. ChatGPT-nin ən yaxın rəqibi 11,13 faizlə Perplexity olub. Microsoft Copilot 3,47 faizlə üçüncü, Google-un Gemini-si isə 3,02 faizlə dördüncü yerdə qərarlaşıb. Claude - 1,02 faiz, Deepseek - 0,01 faiz bazar payına sahib olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
