Müəllif: Tamara Mustafayeva, Banco.az
“Bundesbank”ın “2025 Maliyyə Sabitlik Hesabatı” dərc olunub.
Banco.az xəbər verir ki, hesabatda qeyd olunur ki, geosiyasi gərginliklər, ticarət münaqişələri və artan dövlət borcu Almaniya maliyyə sisteminə artıq təzyiq göstərməyə başlayıb.
Bildirilib ki, alman banklarının kreditlərindəki risklər bir müddətdir artmaqdadır və iqtisadi, həmçinin struktur çətinliklərlə əlaqədar olaraq gələcəkdə daha da arta bilər. Həmçinin Fransa və İtaliya kimi bəzi Avropa İttifaqı (Aİ) üzv ölkələrində dövlət borcunun yüksək səviyyədə olması Avropada maliyyə sabitliyi üçün riskləri daha da artırır.
Hesabatda o da vurğulanıb ki, 2022-ci ildən bəri problemli kreditlərin nisbəti sabit şəkildə artır; ilkin mərhələdə xüsusilə kommersiya daşınmaz əmlak sektoru təsirlənmişdisə, indi iqtisadi zəiflik digər sahələrə də təsir göstərməyə başlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
