Araşdırma: Gülnar Əhmədli, Banco.az
Banco.az bankların 2025-ci ilin noyabr ayı üzrə təklif etdikləri depozit faizlərini araşdırıb.
Araşdırmamıza görə, hazırda yalnız bir bank (AFB Bank) depozitlər üçün aylıq və müddətin sonunda 12% gəlirlilik təklif edir. Ötən ayla müqayisədə 2 bankın faizləri azalıb, 1 bankın faizləri isə artıb. AFB Bank-ın faizləri aylıq 1,5%, müddətin sonunda 1% artıb, Kapital Bank-ın faizləri aylıq və müddətin sonunda 1%, TuranBank-ın faizləri isə aylıq 1,5%, müddətin sonunda 0,5% azalıb.
- Bankların 18 aylıq manat əmanəti faizləri – Noyabr 2025
- Dollar əmanəti ən sərfəli olan banklar – Noyabr 2025
Qeyd edək ki, 2024-cü ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ayadək olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azad edilib. Həmçinin fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilib.
Bankların bir il müddətinə manatla yerləşdirilən depozitlərə aylıq və müddətin sonunda təqdim etdiyi illik faiz dərəcələri ilə cədvəldən tanış ola bilərsiniz.
(37).jpg)
Bizi sosial şəbəkələrdən izləyin!!
