Meta rekord səviyyədə $125 mlrd tələblə $25 mlrd-lıq istiqraz yerləşdirib | Banco.az

Meta rekord səviyyədə $125 mlrd tələblə $25 mlrd-lıq istiqraz yerləşdirib

Müəllif - Fərid İslamov - Banco.az

Amerikan şirkəti Meta Platforms (Rusiya Federasiyasında ekstremist təşkilat kimi tanınıb və qadağan olunub) investorlardan təxminən $125 mlrd dəyərində istiqraz tələbləri alıb, Bloomberg xəbər verir.

Şirkət əvvəlcə ən az $25 mlrd-lıq istiqraz yerləşdirməyi planlaşdırdığını açıqlamışdı.

Meta istiqrazlarına tələbat korporativ istiqraz yerləşdirmələr üçün rekord səviyyəyə çatıb. Əvvəlki rekord 2018-ci ildə CVS Health tərəfindən rəqib Aetnanın alınması üçün $40 mlrd-lıq istiqraz yerləşdirilərkən investorların $120 mlrd tələbi ilə qoyulmuşdu.

İstiqraz yerləşdirməsindən toplanan vəsait Meta tərəfindən ümumi korporativ məqsədlərə yönəldiləcək. Şirkətin baş icraçı direktoru Mark Zuckerberg əvvəlcə süni intellekt texnologiyalarının inkişafına xərclərin yüksək ehtimalla artacağını xəbərdarlıq etmişdi.

Ötən gecə Meta son rüb üzrə maliyyə hesabatını açıqlayıb. Şirkət gəlirləri rekord səviyyəyə çatdırsa da, xalis mənfəəti birdəfəlik yazılmalar səbəbindən altı dəfə azalıb.

Meta-nın səhmləri cümə axşamı günü təxminən 10% düşüb.